"Bütün peşələr vacibdir" adlı tədbir keçirildi

Şagirdlərə bütün sənət və peşələrin sevdirilməsində valideynlərlə yanaşı müəllimlərin də rolu az deyil. Uşaqlara peşələrin sevdirilməsində və seçimində onlar bütün imkanlardan istifadə edirlər.Sentyabrın 27-də məktəbin rus bölməsinin 1"Ç" sinfinin müəllimi Hacızadə İlahənin rəhbərliyi altında "Bütün peşələr vacibdir" adlı dərs-tədbir keçirdi. Dərsin mövzusuna uyğun olaraq şagirdlərə müxtəlif peşələr haqqında məlumat verildi. Dərsin daha maraqlı olması məqsədilə cizgi filmlərindən fraqmentlər təqdim olundu. Şagirdlər maraq göstərdikləri peşəyə aid hazırladıqları geyimləri nümayiş etdirdilər, mahnılar və şeirlər ifa etdilər. Sonda müəllim və uşaqlar bu nəticəyə gəldilər ki, pis peşə yoxdur və istənilən peşədə uğur qazanmaq üçün sadəcə bu sahəni sevmək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi