Məktəbimizin şagirdi inşa müsabiqəsində 1-ci yer tutdu
27. 09. 2017-ci il tarixində "Baku Expo Centre"də "Milli qəhrəmanlarımız unudulmur" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə layihəsi olan bu müsabiqədə məktəbin 10-cu sinif şagirdi Yaqubova Süsən Nazim qızı Nəsimi rayon məktəbliləri arasında I yerə layiq görülmüşdür. Şagird müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.