Biologiya fənni üzrə praktik iş

22. 09. 2017-ci il tarixində IX ”A” sinif şagirdləri məktəbin biologiya müəllimi Mirzai Gülnazın rəhbərliyi ilə biologiya fənni üzrə ”Maddələrin suda həll olunmasının təyini” adlı praktik iş apardılar. Şagirdlər otaq tempraturunda su ilə dolu stəkanlara növbə ilə xörək duzu, etil spirti, şəkər tozu, bitki yağı, çiy yumurta əlavə edərək gedən reaksiyaları müşahidə etdilər. Müşahidə nəticəsində məlum oldu ki, xörək duzu və şəkər suda yavaş-yavaş əriyir, etil spirti su ilə tam qarışir. Bunlardan fərqli olaraq yağ və çiy yumurta isə suda həll olmur. Yağ suyun üzərinə çıxır, yumurtanın ağı isə topalar şəklində suda üzür. Şagirdlər müəllimlə birlikdə belə nəticəyə gəldilər ki, su, spirt, şəkər tozu hidrofil maddələr olduğu üçün suda həll olur. Yağ və yumurta ağı isə hidrofob maddələr olduğu üçün suda həll olma qabiliyyətinə malik deyillər. Təcrübənin keçirilməsində məqsəd dərsdə əyaniliyi təmin etməkdən və onların biologiya fənninə olan marağını daha da artırmaqdan ibarətdir.