1-ci sinif şagirdlərinin psixoloji müayinəsi aparılmışdır

25. 09. 2017-ci tarixində məktəbin psixoloqu Gülbəniz Hüseynova 1-ci sinif şagirdlərinin psixoloji səviyyəsini tədqiq etmək üçün psixoloji müayinələr aparmışdır. Şagirdlərin əqli inkişafının diaqnostikası və düzgün istiqamətləndirilməsi üçün "Qrafik imlalar" metodikası keçirilmişdir. Bu metodika vasitəsilə uşaqların təfəkkürünün inkişafını, diqqətinin cəmlənməsini, böyüklərin tapşırıqlarını dinləyib əməl etmək bacarığını, əl motorikalarını müəyyən etmək mümkün olmuşdur.