Bilik günü qeyd olundu

Sentyabrın 15-də məktəbimizdə “Bilik günü” qeyd olundu. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Əliyev, mayor Ruslan İmanquliyev və digər qonaqlar iştirak etdilər. "Bilik günü" münasibətilə məktəbin direktoru N. Ə. Hacıyeva və tədbirdə iştirak edən qonaqlar yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, valideynləri və müəllimləri təbrik edib onlara uğurlar arzuladılar. N. Ə. Hacıyeva ilk dərs məşğələsinin "Cocuq Mərcanlıya qayıdış" mövzusunda olacağını qeyd etdi. Tədbirdə hərbçi və valideyn qismində çıxış edən R. İmanquliyev tədbir iştirakçılırına "Aprel döyüşləri" haqqında geniş məlumat verərək aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışdı. İlk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular.