Milli musiqimiz bizi dünyaya tanıdır

Sentyabrın 18-də Azərbaycan xalqının dahi bəstəkarı, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Bu günün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması artıq ənənə halını almışdır. Bu münasibətlə məktəbin 3 "B" sinif şagirdləri sinif rəhbəri Ataşova Afət Söhbət qızının rəhbərliyi ilə dahi bəstəkarın ev muzeyinə səyahət etdilər. Əvvəlcə bəstəkarımızın bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himni müəllimin müşayiəti ilə şagirdlər tərəfindən ifa olundu. Sonra şagirdlər dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Burada onlar bəstəkarın böyüyüb boya-başa çatdığı, təhsil aldığı Şuşa şəhərinin kiçik maketi, iş masası, geyimi, royalı, ailə üzvləri, yaxın dostları, ev əşyaları ilə tanış oldular. Sinif rəhbərinin royalda müşayiəti ilə şagirdlərin vətənpərvərlik ruhunda ifa etdiyi mahnılar, "Arşın mal alan" filmindən təqdim etdikləri kiçik fraqment muzey işçilərini məmnun etdi. Onlar muzeydən xoş təəssüratla ayrıldılar.