Metodbirləşmə iclası keçirildi
Bakı şəhər Təhsil İdarəsinin 2017/2018-ci tədris ili üçün fəaliyyət planına uyğun olaraq 247 №-li tam orta məktəbdə fənlər üzrə metodbirləşmə iclası keçirildi. İclasda məktəbin direktoru yeni tədris ilində müəllimlərin dərs proqramları və fəaliyyət planlarının vaxtında hazırlanıb təhvil verilməsini qeyd etdi. Keçiriləcək tədbir və layihələr, qarşılıqlı dərs dinləmələri, müxtəlif siniflərdə, o cümlədən, IX və XI siniflərdə dioqnostik qiymətləndirmə və monitorinqlərin aparılması, qəbul imtahanında məzunlarımızın qazandığı nailiyyətlər barəsində danışdı. Sonra qarşıdan gələn yeni tədris ilində müxtəlif fənlər üzrə tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün müəllimlərin səbərbərliyə alınmasının vacib olduğunu vurğuladı. İclas zamanı metodbirləşmə tərkibində olan fənn müəllimlərinin sualları cavablandırıldı və onlara müvafiq tapşırıqlar verildi.