XI sinfi bitirən məzunlara attestatlar təqdim olundu

19. 07. 2017-ci il tarixində A. Rəhimov adına 247 №-li tam orta məktəbin XI sinfi bitirən məzunlarına tam orta təhsil haqqında attestatlar təqdim olundu. Məlumat üçün bildiririk ki, bu il məktəbin XI sinfini 42 şagird bitirmişdir. Onlardan Mirzəzadə Ramiz Rasim oğlu fərqlənmə attestatına namizəddir. Məzunlara attestatlar təntənəli surətdə təqdim olundu. Onları təbrik edir və tezliklə tələbə adını qazanmağı arzulayırıq.