"Ədəbiyyat dərsləri bizə nə verdi" mövzusunda layihə təqdim olundu

11. 06. 2017-ci il tarixində 5 "B" sinif şagirdləri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Abbasovanın rəhbərliyi ilə "Ədəbiyyat dərsləri bizə nə verdi" mövzusunda layihə təqdim etdilər. Əvvəlcə şagirdlər ədəbiyyat dərslərində il ərzində öyrəndilkləri ədiblər haqqında qısa məlumat verdilər. Sonra dahi şairlərimiz H. Cavidin və M. Ə. Sabirin əsərlərindən parçalar səsləndirdilər. Həm şifahi, həm də yazılı ədəbiyyat nümunələrindən səhnəciklər nümayiş etdirdilər. Onlar özlərinin hazırladıqları tapmacalarla təqdimatda iştirak edənləri təəccübləndirdilər. Layihənin təqdimatı çox maraqla izləndi. Şagirdlərin yaşı az olsa da layihəyə çox ciddi hazırlaşdıqları hiss olunurdu. Layihənin keçirilməsində məqsəd şagirdlərin ədəbiyyat fənninə olan marağını artırmaq və mütaliəyə həvəsləndirməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi