Birincilərin nağıl dünyası

03. 06. 2017-ci il tarixində məktəbin akt zalına toplaşan rus bölməsinin 1 “C” sinif şagirdlərinin sevinclərinin həddi-hüdudu yox idi. Bu sevincə səbəb əlifbanın bütün hərflərini tanıyaraq artıq oxuyub-yazmaq bacarıqlarına yiyələnmələri idi. Tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Daha sonra əllərində hərflər, rəqəmlər tutmuş şagirdlər böyük həyəcanla səhnəyə çıxdılar. Onlar sevinclərini şənliyə toplaşan qonaqlar, valideynlər və müəllimlərlə bölüşərək Vətənə, üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonra sıra “Nağıllar aləminə səyahət”ə verildi. Birincilər oxu dərsində tanış olduqları “Buratino” və “Doktor Aybolit” nağıllarından nümunələri səhnələşdirdilər. Tapmacalar və atalar sözləri söylədilər.