Məntiq və informatika fənni üzrə bilik yarışı

04. 06. 2017- ci il tarixində məktəbin informatika müəllimi Almaz Qurbanovanın rəhbərliyi ilə VII-IX sinif şagirdləri arasında məntiq və informatika fənni üzrə bilik yarışı keçirildi. Yarış 3 mərhələdən ibarət oldu. Suallar müxtəlif çətinlik dərəcəsində tərtib olunmuşdur. Şagirdlər görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi və dövlət xadimi Nəsrəddin Tusi, dünya şöhrətli alim Lütfi Zadə, astronomiya və riyaziyyat sahələrində misilsiz xidmətləri olan özbək alimi Əl-Xorəzmin həyat və yaradıcılığını əhatə edən sualları cavablandırdılar. Komandalar yarışda çox böyük həvəslə iştirak etdilər. Sonda isə kapitanlar yarışdılar. Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin formalaşdırılması, onlarda yaxşı mənada rəqabət hissinin oyadılması və ən nəhayət bilik və bacarıqlarının artırılmasından ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi