İdmanın “Karate” növü üzrə qəhvəyi kəmər

Məktəbimizdə idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərdən biri də 4 “A” sinfində təhsil alan Nilay Nüseyndir. Bu balaca artıq 7 ildir ki, qədim idman növlərindən biri olan “Karate” nin sirlərinə yiyələnir. O bir çox yarış və turnirlərdə qələbə qazanar 15-dən artıq diplom və medallar əldə etmişdir. Nilay bu dəfə Azərbaycan Respublikası “Kyokuşin Karate Federasiyası” tərəfindən texniki və mənəvi tələbləri yerinə yetirdiyinə görə, özünü bu döyüş sənətində fiziki, əqli və mənəvi cəhətdən inkişaf etdirməyə söz verdiyinə görə II kyu (qəhvəyi kəmər) dərəcəsinə layiq görülmüşdür. Nilay idmanda nailiyyətlər qazanmaqla yanaşı dərslərini də yaxşı oxuyur. Onu təbrik edir və ona gələcək yarışlarda da bol-bol uğurlar arzulayırıq.