"1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə məktəbdə tədbir keçirildi

01. 06. 2017-ci il tarixində məktəbdə "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin məzunları olmuş Azərbaycan respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın (AMTA) prezidenti Bəşir Quliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun məsləhətçisi Böyükağa Əhmədov, Nəsimi Rayonu Gənclər və idman İdarəsinin nümayəndələri, AAA-The US-Educated Azerbaijani Alumni Association-in nümayəndəsi, ali məktəblərə qəbul imtahanı zamanı respublika üzrə ilk dəfə 700 bal toplamış məzun Cavid Mustafayev, məktəbin ilk məzunları və bir sıra digər təşkilatların əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə dövlət himnimizi ifa etdilər. Şagirdlərin müxtəlif dillərdə səsləndirdikləri mahnı və şeirlər, göstərdikləri səhnəciklər, flash-mob, rəqslər, müxtəlif musiqi alətlərində ifa etmələri tədbiri daha da maraqlı etdi. Məzunların tədbirə dəvət edilməsində məqsəd onların şagirdlərlə görüşünü təşkil etmək, təhsilli insanların simasında insanın cəmiyyətdə düzgün mövqe tutmasının əhəmiyyətindən bəhs etmək, müxtəlif qurumlarda çalışan peşə sahiblərinin şagirdlərə verdikləri tövsiyələrin onların cəmiyyətə yararlı şəxs kimi formalaşmasında oynayacağı mühüm roldan ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi