"Ayın ən sağlam məktəbi" layihəsi çərçivəsində seminar keçirildi

31. 05. 2017-ci il tarixində məktəbin həkimi "Ayın ən sağlam məktəbi" layihəsi çərçivəsində seminar keçirdi. Seminarda müxtəlif sinif şagirdləri iştirak etdilər. Seminar sağlam həyat tərzinin tәbliği və insanın bütün həyatı boyu faydalı olacaq vərdişlərin aşılanmasına həsr olunmuşdur. Həkim şagirglərə düzgün qidalanma, o cümlədən qida məhsullarının üzərində etiketlərin oxunması, kalorili qidaların seçilməsi və gigiyena qaydaları haqqında ətraflı məlumat verdi. Bundan başqa səhər gimnastikasının və ümumiyyətlə idmanın uşaqların sağlamlığında mühüm rol oynamasından danışdı. Slaydlarla sağlam həyat tərzi vizual olaraq işıqlandırıldı. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi