Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutuna ekskursiya

24. 05. 2017-ci il tarixində 7-ci sinif şagirdləri məktəbin biologiya müəllimi Mirzai Gülnazın rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutuna ekskursiyaya getdilər. Ekskursiya əvvəlcə şagirdlərin İnstitutla tanışlığından başladı. Onlar öyrəndilər ki, Dendrologiya İnstitutunun yerləşdiyi ərazi böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Bağ öz təbii, coğrafi xüsusiyyətlərinə görə Afrika, Asiya, Avropa, Amerikanın iqlim zonalarına oxşardır. Dendroloji bağda ağac və kol bitkiləri, texniki dərman bitkiləri, 50 növə qədər respublika florasını təmsil edən cır halda bitən bitki nümunələri toplanmışdır. Bağda həm də 7 "B" sinfinin "İnsan və təbii bitkilər" mövzusunda "Açıq dərs" i keçirildi. Dərsdə müəllim və şagirdlər burada olan bitkilərin müxtəlifliyi və onların yerli şəraitdə qorunmasına dair müşahidələri şərh edib, dəyişiklərə dair hesablamalar apararaq nəticəni ümumiləşdirdilər. Şagirdlər dərsdə fəal iştirak etdilər və ekskursiyadan xoş təəssüratla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi