"Sağlam həyat tərzi" çərçivəsində mühazirə keçirildi

24. 05. 2017-ci il tarixində "Azərbaycan Respublikası Uşaq və tələbə Gənclər Dünyası İctimai Birliyi" nin təşkilatçılığı ilə "Sağlam həyat tərzi" çərçivəsində "Xromosomlarda gen mutasiyaları və aradan qaldırılması yolları" mövzusunda geniş mühazirə keçirildi. Tədbiri aparan təşkilatın icraçı direktoru Bəxtimşah Tağıyeva orqanizmlərin genotipində baş verən, xromosom daxili və xromosom miqdarının dəyişilməsiylə meydana çıxan mutasiya dəyişikliklərindən bəhs etdi. İnsanda olan xəstəlikləri təyin etmək üçün qan qruplarını öyrənmək lazım olduğu bildirildi. İrsi xəstəliklərin bir qisminin xromosomlarda baş verən dəyişiklik nəticəsində yarandığını vurğuladı. Qan xəstəlikləri mövzusunda şagirdlərlə sorğu-sual aparıldı. Müzakirədə fəal iştirak edən şagirdlərə təşkilat tərəfindən sertifikatlar təqdim olundu.