“22 may-Bioloji müxtəliflik günü”

23. 05. 2017-ci il tarixində SOCAR-ın Ekologiya İdarəsinin təşkılatçılığı ilə “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində “22 may – Bioloji müxtəliflik günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin şagirdləri və müəllimləri iştirak etmişlər. Tədbirin açılışından və təhlükəsizlik təlimatı ilə tanışlıqından sonra, Ekologiya idarəsinin əməkdaşı “Azərbaycanın biomüxtəlifliyi” haqqında təqdimatla çıxış etmiş, məktəb şagirdlərini maraqlandıran sualları cavablandırmışdır. Sonra məktəblilərin hazırladıqları ekoloji yönümlü kompozisiya nümayiş etdirilmişdir. Bildirildi ki, 22. 05. 1992 ildə Nayrobi konfransında “Bioloji müxtəliflik haqqında” Konvensiyanın razılaşdırılmış mətni qəbul olunmuşdur. İndi bu Konvensiyaya 180 ölkə və bir regional iqtisadi inteqrasiya təşkilatı qoşulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi Konvensiyanı 2000-ci ilin mart ayında ratifikasiya etmişdir. BMT tərəfindən 2000-ci ilin dekabrından başlayaraq mayın 22-si "Beynəlxalq bioloji müxtəliflik günü" kimi qeyd edilir. Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ötən dövr ərzində Respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.Tədbirin sonunda üşaqlar üçün “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin ərazisi ilə tanışlıq ekskursiyası təşkil olunmuşdur.