Sağlam həyat tərzi

2016/2017-ci tədris ilinin may ayı "Sağlam həyat tərzi" mövzusu ətrafında məktəbdə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə məktəbin ibtidai sinif şagirdləri mütəmadi olaraq məktəbin həyətində idman hərəkətləri edirlər. Verilən hərəkətləri icra edən şagirdlərə məktəbin tibb bacısı gümrah qalmağın ən sağlam üsullarından birinin idman olduğu barədə məlumat verir. İdmanın onurğa sütununa, qan dövranına xeyrindən danışan fiziki tərbiyə müəllimləri onları müxtəlif gimnastik hərəkətlər etməyə həvəsləndirirlər. Bu gün də şagirdlər halqalarla, əl topları ilə idman hərəkətlərini yerinə yetirdilər. Sağlam qalmağın ən gözəl üsulu olan idman həm də onların tədris prosesində həvəslə çalışmalarına və uğurlu nəticələr əldə etmələri üçün şərait yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi