“Səs dalğaları” mövzusunda dərs

17. 05. 2017-ci il tarixində VII "B" sinfində Xeyrullazadə Gülarənin “Səs dalğaları” mövzusunda dərsi keçirildi. Müəllim dərsə kamerton, zəng və müxtəlif maddələrdən hazırlanmış cisimlərdən istifadə edərək səslərin necə yarandığını nümayiş etdirməklə başladı. Dərsdə şagirdlər səslərin mühitdə yayılmasına aid təcrübələr apardılar. İnsanın həyatında və nitqinin formalaşmasında səsin mühüm rol oynadığını öyrəndilər. Musiqi bacarığı olan şagirdlər müxtəlif simli musiqi alətlərində ifa etdilər. Həmçinin öyrəndilər ki, insan qulağı bütün dalğaları deyil, yalnız tezliyi 16 Hz-20000 Hz arasında olan dalğaları səs şəklində qəbul edir. Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər səs yaradan müxtəlif qurğular düzəldərək onları nümayiş etdirdilər.