"Zəncirvari nüvə reaksiyası. Atom bombası" mövzusunda dərs keçirildi

16. 05. 2017-ci il tarixində IX "A" sinfində Cəfərova Zəkiyyənin "Zəncirvari nüvə reaksiyası. Atom bombası" mövzusunda dərsi keçirildi. Dərsdə şagirdlər "zəncirvari nüvə reaksiyası idarə olunmadıqda bəşəriyyət üçün hansı fəlakət yaranar?" tədqiqat sualı ətrafında qruplarda işlədilər. Müəllim zəncirvari nüvə reaksiyalarının müxtəlif növlərini izah etdi. Şagirdlər belə nəticəyə gəldilər ki, zəncirvari nüvə reaksiyası idarə olunmadıqda bəşəriyyət üçün böyük fəsadlar yaranar. Xirosima, Naqasakidə partladılan bombalar bəşər tarixində misli görünməmiş, insanlığa sığmayan acı bir fəlakətin nəticəsidir. İnsanları yandırıb külə döndərən, binaları dağıdıb, şəhərləri məzarlığa çevirən belə “fövqəladə güc” 4 ton kütləyə malik atom bombasından nədən yaranmışdır? 48 kq, 9 sm radiuslu uran U-235 izotopunun yaratdığı dəhşət! Nüvə reaksiyasını əldə etmiş Eynşteynin sözlərinə nəzər salmaq kifayətdir: bu dünyada məni bir neçə insan anladı, onlar da səhv anladı. Mən atomu gözəl bir məqsəd üçün kəşf etdim, amma insanlar onunla bir-birilərini öldürürlər. Hər bir yeni kəşf insanlığın rifahına, cəmiyyətin inkişafına xidmət etməlidir. Bu kəşfi necə istifadə edəcəyimiz isə niyyətimizə bağlıdır. Dərsdə atom bombasının partlaması və onun törətdiyi fəsadlara həsr olunmuş video çarxlar da nümayiş etdirildi.