"Süni və sintetik liflərdən parçalar" mövzusunda dərs

Mayın 12-də 7 "A" sinfində məktəbin texnologiya müəllimi Mustafayeva Zəminənin "Süni və sintetik liflərdən parçalar" mövzusunda dərsi keçirildi. Müəllim dərsə müxtəlif liflərin: yun, pambıq, viskozun yanaraq alışması təcrübəsi ilə başladı. Şagirdlər qruplarda araşdırdıqları tədqiqat sualını geniş müzakirə edərək təqdim etdilər. Onlar sintetik və süni liflərdən ibarət parçalar haqqında geniş məlumat verərək bu parçalardan hazırlanan geyimlərin mənfi cəhətlərini və üstünlüklərini qeyd etdilər. Bundan başqa müəllim respublikamızdan kənarda da məşhur olan ipək parçalarımız barədə məlumat verdi. Barama qurdu, ipəyin alınma texnologiyası, "Şəki İpək" fabriki haqqında videoçarxlar nümayiş olundu. Beş min illik tarixə malik baramaçılıq, ipəyin tarixi və s. barədə araşdırmalar şagirdlərin marağına səbəb oldu.