Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya

2016/2017-ci tədris ilinin fəaliyyət planına əsasən şagirdlərin məktəbdənkənar fəaliyyətinin düzgün təşkili məqsədilə və "Təhsili dəyərə çevirək" devizi altında Ekoloji aylıqlar layihəsi çərçivəsində 10. 05. 2017-ci il tarixində məktəbin rus bölməsinin 2 "C" sinfinin şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya etdilər. Şagirdlər səfər zamanı muzey Kompleks ərazisində fiziki imkanları məhdud insanların hərəkəti üçün yaradılmış şəraitlə, Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə keçirilən Qala festivalında toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri ilə yaxından tanış oldular. Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. şagirdlərin böyük marağına səbəb oldu. Məktəb tərəfindən təşkil olunan bu cür gəzintilərin məqsədi şagirdlərin nəzəri biliklərini praktikaya tətbiq etmək, dünyagörüşünü artırmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi