Ulu öndər H. Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə "dəyirmi masa" keçirildi

Mayın 10-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədovanın rəhbərliyi altında şagirdlərin iştirakı ilə Ulu öndər H. Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə "dəyirmi masa" keçirildi. Tədbirdə H. Əliyevin həyatı və fəaliyyəti haqqında danışıldı. Dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması, o cümlədən müasir hüquq sistemimizin formalaşması H. Əliyevin adı ilə bağlıdır. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Şagirdlər ulu öndər haqqında söylənilən xatirələrə maraqla qulaq asdılar, sənədli film izlədilər. Sonda ümummilli liderə həsr olunmuş şeirlər səsləndirildi. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi