“Yerüstü və yer altı təbii sərvətlərimiz” mövzusunda tədbir keçirildi

09. 05. 2017-ci il tarixində məktəbdə “Azərbaycanın təbii sərvətləri” mövzusunda tədbir keçirildi. Tədbir elmi-praktik konfrans şəklində məktəbin coğrafiya müəllimi Ətrabə Quliyevanın rəhbərliyi altında VIII-X sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbirdə müəllim Azərbaycanın təbii sərvətləri haqqında geniş məlumat verdi. Neft və təbii qaz ehtiyatları, onların respublikamız üçün çox önəmli xüsusiyyətlərindən danışdı. 1990-cı ildən sonra Azərbaycanda neft ehtiyatlarının çıxarılması üçün xarici şirkətlərin Azərbaycana cəlb olunmasında Ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olundu. Bakı-Tiblisi-Ceyhan, Bakı-Supsa və Bakı Novorassiysk kəmərləri barədə ətraflı məlumatlar verildi. Məruzə slaydlarla geniş şəkildə işıqlandrıldı. Sonra təbii sərvətlərimiz haqqında şagirdlər növbə ilə öz təqdimatlarını etdilər. Yerüstü və yer altı təbii sərvətlərimiz şagirdlərmiz tərəfindən geniş təqdim olundu. Dəmir filizləri, qeyri filizlər, təbii qaz, əlvan metallar, meşələrimiz, həmçinin Kür və Araz çayları, Göy-Göl haqqında ətraflı danışdılar və videoçarxlar nümayiş etdirildi. Sonda şagirdlər "Azərbaycan" şeirini söylədilər. Tədbirin keçirilməsində məqsəd Azərbaycanımızın zəngin təbii sərvətlərimizi bir daha şagirdlərə çatdırmaq və sevdirməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi