Məktəbimizin şagirdi şahmat üzrə yarışda III yerə layiq görüldü

Şahmat qədim tarixə malik idman növlərindəndir. Hələ əsrlər öncə məşhur mütəfəkkirlər şahmatın əhəmiyyətli və çoxcəhətli faydaları haqqında dəyərli fikirlər vurğulamışlar. Danılmazdır ki, bu idman növü ilə uşaqlıqdan məşğul olmaq uşaqların inkişafında həm intelektual, həm də şəxsi müstəvidə böyük təkan verir. Şahmat uşaqlara sevinc bəxş edən oyun olmaqla yanaşı, onların əqli inkişafı üçün aktiv və effektiv vasitədir. Şahmat oyunu uşaqlarda təfəkkür və mühakimə etməyi, fikri bir yerə cəmləməyi, müqayisə etməyi, ümumiləşdirməyi, uzaqgörənliyi və s. kimi qabliyyətləri inkişaf etdirir. Bundan savayı şahmat yaddaşı möhkəmlədir, eyni zamanda həm emosional, həm iradə möhkəmliyi, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri formalaşdırır. Məktəbimizin şagirdləri arasında da şahmat həvəskarları az deyil. Rus bölməsinin 2 "С" sinfində isə bir çox şagirdlərin bu sahədə uğurları da var. Onlardan biri də Babazadə Nəzrindir. Nəzrin 5 yaşından şahmatla məşğul olur və bu idman növünü çox sevir. 04. 05. 2017-ci il tarixində Bakı şəhər 1 №-li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Dama İdman məktəbində keçirilən IV dərəcə uğrunda yarışda III yer tutmuşdur. O həm də dərs əlaçısıdır. Onu təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi