Ümummilli liderinin anadan olmasının 94-cü ildönümü

Hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimi, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Bu münasibətlə məktəbin ədəbiyyat və Azərbaycan dili müəllimi Məmmədova Sevdanın rəhbərliyi altında 7 "B" sinif şagirdləri Ulu öndərin Fəxri Xiyabandakı məzanı ziyarət etdilər. Şagirdlər Ümummilli liderinin xatirəsini yad edib məzarı üzərinə çiçəklər düzdülər. Onun həyat və yaradıcılığından danışaraq seirlər də söylədilər. Uşaqları çox sevən Ulu öndərimiz H. Əliyev demişdir: "Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz".