Şokalad fabrikinə ekskursiya

05. 04. 2017-ci il tarixində 4 "B" sinif şagirdləri Naridə Həsənalıyevanın rəhbərliyi altında Bakı şəhərində yerləşən "Ulduz" şokalad fabrikinə ekskursiyaya getdilər. Bu fabrik respublikamızda 2001-ci ildən fəaliyyət göstərir. Fabrikdə müxtəlif çeşidli konfetlər: "Ritm", "Rocky", "Tango", "Xonça", "Ulduz" və s. istehsal olunur. Fabrikin məhsulları təkcə ölkə daxilində deyil, Rusiya, Gürcüstan və başqa xarici ölkələrdə də tanınır. Şagirdlər fabrikdə şokaladın istehsalı, qablaşdırılması prosesləri ilə tanış oldular. Ekskursiya onlarda xoş təəssürat yaratdı. Ekskursiyada məqsəd şagirdlərə Azərbaycan istehsalı olan məhsullar haqqında məlumat vermək və onları istehsal texnologiyası ilə tanış etməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi