"Azərbaycanın təbii sərvətləri" mövzusunda tədbir keçirildi

28. 04. 2017-ci il tarixində məktəbin V-VIII sinif şagirdləri biologiya müəllimi Xaspoladova İradənin rəhbərliyi altında "Azərbaycanın təbii sərvətləri" mövzusunda tədbir keçirildi. Əvvəlcə müəllim Azərbaycanın təbii sərvətləri haqda danışaraq qeyd etdi ki, respublikamızın ərazisində 2 iqlim növü (9 iqlim tipi) mövcuddur. Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Bundan başqa respublikamıızda dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s. yataqları da vardır. Həmişə mənfur düşmənlərin gözü bizim torpaqlarımızda olmuşdur. Sonra şagirdlər də yeraltı və yerüstü sərvətlərdən "ağ qızıl", müalicəvi mineral bulaqlar haqqında geniş məlumat verdilər. Azərbaycana həsr olunmuş mahnılar oxudular və şeirlər söylədilər. Milli paltar geyinmiş qızlar isə "Üzümçülər" rəqsini məharətlə ifa etdilər. Azərbaycanın təbii sərvətlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Tədbirin keçirilməsində məqsəd təbii sərvətlərimizi bir daha şagirdlərə çatdırmaq və sevdirməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi