Xızı rayonuna səyahət

28. 04. 2017-ci il tarixində məktəbin rus bölməsinin V və IX sinif şagirdləri Xızı rayonunda yerləşən görkəmli şair Mikayıl Müşfiqin və dramaturq Cəfər Cabbarlının ev muzeyinə getdilər. Burada rus bölməsinin Azərbaycan dili müəllimi Qiymət Allahverdiyevanın rəhbərliyi altında "Oxu layihəsi" davam etdirildi. Müzeyin işçiləri və müəllimlər şagirdlərə görkəmli ədiblər haqqında müxtəlif məlumatlar verdilər. Sonra şagirdlər Azərbaycan, rus və ingilis dilində M. Müşfiqin və C. Cabbarlinin əsərlərindən şerlər söylədilər və səhnəciklər göstərdilər. Sagirdlər onlarin sözlərinə yazılmış mahnılar səsləndirdilər. 9 "B" sinif şagirdi Hüseynli Murad M. Müşfiqin ev muzeyindəki tarla "Oxu tar" mahnısından bir parça ifa etdi. Müəllimlər və valideyinlər hər iki muzeydə öz ürək sözlərini muzey işçiləri tərəfindən verilmiş xatirə dəftərinə yazdılar.