Zərifə xanım Əliyevanın anım günü

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva. 28. 04. 2017-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülü Əzizovanın rəhbərliyi altında Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir himnimizin səslənməsi ilə başladı. Giriş sözü ilə Gülü müəllim çıxış edərək Azərbaycan qadınının keçdiyi tarixi yolu yada saldı. Sonra Zərifə xanım Əliyeva haqqında məlumat verdi. Şagirdlər bu gözəl insani xüsusiyyətlərə malik olan kübar qadının tərcümeyi-halı, yaradıcılığı, həyat tərzi barədə geniş məruzələrlə çıxış etdilər. Onunla bağlı videoçarxlara və şəkillərə baxdılar. Sonda bildirildi ki, Zərifə xanımın həyatı bugünkü gənclik üçün, qadın və qızlarımız üçün bir örnək və nümunə olmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi