Avtomobillərin ətraf mühitə ziyanı-ECO aylıq

26. 04. 2017-ci il tarixində 7 "B" sinif şagirdləri "Avtomobil mühərriklərindən ayrılan qazın şəhərin ekologiyasına mənfi təsiri" mövzusunda layihə təqdim etdilər. Şagirdlər layihə iştirakçılarına apardıqları araşdırmanın nəticəsi barədə məlumat verdilər. Onlar yaşadıqları ərazidə müəyyən uzunluqda avtomobil yolu seçmiş, bu yolun uzunluğunu ölçərək, gün ərzində iki dəfə olmaqla, səhər və axşam həmin küçədən keçən avtomobilləri saymışlar. Beləliklə, 1 saat ərzində günün fərqli saatlarında xaric olunan dəm qazının miqdarını hesablamağa nail olmuşlar. Belə ki, 1 km məsafədə minik maşınları 19 q/km, yük maşınları 75 q/km, avtobuslar 97 q/km, mikroavtobuslar isə 57 q/km dəm qazı xaric edirlər ki, bu da ətraf mühitə böyük ziyan vurur. Lyihədə şagirdlər ən yaxşı nəqliyyat növünün velosiped olması qərarına gəldilər. Qeyd etdilər ki, velosiped həm insan sağlamlığı, həm də ekologiyanın təmiz saxlanması baxımından əvəzolunmaz nəqliyyat vasitəsidir.