Velosiped yürüşü keçirildi

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ayın tədqiqatçı bioloq məktəbi" nominasiyasıdır. Bu məqsədlə 26. 04. 2017-ci il tarixində "Avtomobil mühərriklərindən ayrılan qazın şəhərin ekologiyasına mənfi təsiri" mövzusunda araşdırma aparmaq üçün məktəbin biologiya müəllimi Mirzai Gülnazın rəhbərliyi altında məktəbin müxtəlif sinif şagirdləri Dənizkənarı Milli Parkda velosiped yürüşü keçirmişlər. Həm də şagirdlər parkda istirahət edən insanlar arasında sorğu keçirərək onların velosipeddən nəqliyyat növü kimi istifadə edilməsinə münasibətlərini öyrənmişlər. Yürüşün keçirilməsində məqsəd avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliği, ictimaiyyətin diqqətini atmosfer havasının mühafizəsinə yönəltmək, mühərriksiz nəqliyyat vasitələrinin təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, həmçinin velosipedin ən təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitəsi olduğunu əhali arasında populyarlaşdırmaqdan ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi