"Eco Park"a ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Təhsili dəyərə çevirək" devizi altında ümumtəhsil məktəblərinə göndərilmiş ekoloji aylıqlar çərçivəsində aprel ayı "Azərbaycanın təbii sərvətləri" ayı elan olunmuşdur. Bu məqsədlə növbəti tədqiqat işi olaraq 22. 04. 2017-ci il tarixdə məktəbin coğrafiya müəllimi Quliyeva Püstənin rəhbərliyi altında 6a sinif şagirdləri Zirə Eco Parka ekskursiya etdilər. Şagirdlərimiz həm yerli, həm də xarici ölkələrdən gətirilmiş müxtəlif bitki və quş növləri ilə tanış oldular. Qırqovul, turac, durna, tutuquşu, qutan, Kanada toyuğu və başqa quş növləri onların marağına səbəb oldu. Şagirdlər xaricdən gətirilmiş bitki və gül sortlarının yerli şəraitə uyğunlaşdırılmasını araşdırdılar. Onlar həmçinin ekomərkəzin əməkdaşları ilə birgə gül əkmə prosesində də iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi