"Beynəlxalq Yer kürəsi günü" qeyd edildi

21. 04. 2017-ci il tarixində məktəbin akt zalında 22 aprel - "Beynəlxalq Yer günü" münasibətilə tədbir keçirildi. Tədbirdə SOCAR-ın Ekologiya İdarəsi, Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Fizuli Hacıyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələri sektorunun aparıcı-məsləhətçisi Namiq Ağayev iştirak etdilər. "Beynəlxalq Yer günü" hazırki dövrdə yüz əlliyə yaxın ölkədə, o cümlədən respublikamızda da qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə yanaşı ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. Tədbirdə çıxış edən şagirdlər, xüsusən də rus bölməsinin şagirdləri məktəbin ingilis dili müəllimi Zümrüd Əliyevanın rəhbərliyi altında Yer kürəsi ilə bağlı hazırladıqları layihəni təqdim etdilər. Onlar qeyd etdilər ki, Yer kürəsi bizim evimizdir. Bütün insanlar onu qorumalı, ağaclar əkməli, yaşıllıqlara qulluq etməli, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləməlidir. Şagirdlərin hazırladıqları layihə tədbirdə iştirak edən qonaqlar tərəfindən də bəyənildi. Tədbirin keçirilməsində məqsəd dünyamızı, Yer kürəmizi, öz yurdumuzu-yuvamızı qorumağın nə qədər vacib əhəmiyyət kəsb etdiyini məktəblilərə aşılamaqdan ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi