"Bakı heyvanat parkı" na ekskursiya
20. 04. 2017-ci il tarixində məktəbin 2 "B" sinif şagirdləri ibtidai sinif müəllimi Ataşova Afətin rəhbərliyi altında "Bakı heyvanat parkı" na ekskursiya getdilər. Bakı heyvanat parkında Azərbaycanın faunasına aid, adı nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqlarına xas olan heyvanların genofondu toplanmışdır. Şagirdlər parkda olan heyvanlara maraqla tamaşa edərək Azərbaycan dili dərsliyindən "Heyvanlar və quşlar" bölməsində öyrəndikləri məlumatları burada şərh etdilər. Onlar dəvə, tülkü, şir, meymun və s. heyvanlar haqqında bildiklərini danışdılar. Müəllim əlavə olaraq şagirdlərə onların görmədikləri heyvanlar-yaquar, Şotland ponisi, pavion qomadril, tirəndaz, uçan Misir iti və s. haqqında, onların yayılması, qidalanması, çoxalması haqqında məlumat verdi. Onlar heyvanlara çox böyük maraqla tamaşa etdilər. Şagirdlər heyvanlar və quşlar haqqında yeni bilgilər əldə etməklə yanaşı əyləndilər, istirahət etdilər və xoş təəssüratlarla geri döndülər.