Aprelin 19-da məktəbin 8-ci siniflərində riyaziyyat fənni üzrə məktəbdaxili monitorinq keçirildi. Qeyri-fənn müəllimlərinin nəzarətçiliyi ilə baş tutan monitorinqdə 40 şagird iştirak etdi. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin yazı işinin nəticəsini diaqnostik məqsədlə keçirilmiş əvvəlki yazılarla müqayisə etmək və inkişaf dinamikasını izləməkdən ibarət idi.