"Environment” mövzusunda "Açıq dərs" keçirildi

Aprelin 19-da məktəbin ingilis dili müəllimi Aida Mehdiyevanın 6 “B” sinfində "Environment” mövzusunda "Açıq dərs" keçirildi. Müəllim mövzunu yer kürəsinin şəkli üzərində sual verərək başladı. Sonra şagirdlər qruplarda işləyərək mövzunu əhatə etməklə hava, su və torpaqın çirklənməsi və onları necə qorumaq haqqında esse yazdılar. Şagirdlər ətraf mühitin çirklənməsi mövzusunda dialoqlar qurdular, mətni ifadəli oxuyaraq sualları cavablandırdılar. Daha sonra “Ana Yer” mahnısını ifa etdilər və ətraf mühitin çirklənməsi haqqında videoçarxı izlədilər. Dərsin məqsədi şagirdlərin "Ətraf mühit“ mövzusunda dinləmə, danışma, oxuma və yazma bacarıqlarını inkişaf etdirmək idi.