Aprelin 19-da məktəbin ingilis dili müəllimi Töhfəxanım İsmayılovanın 1 "B” sinfində "My Clothes” mövzusunda "Açıq dərs"i keçirildi. Müəllim mövzunu geyimlərə aid qisa animasiyalı film nümayiş etdirməklə başladı. Sonra şagirdlər qruplarda mövzunu əhatə etməklə geyim şəkillərini rəngləyərək oğlan və qız geyimlərini fərqləndirdilər. Daha sonra geyimlər haqqında şən mahnı oxudular. Müəllim şagirdlər arasında kiçik dialoq yaratdı. Dərsdə cəm halda olan geyim adları işarə əvəzliklərindən istifadə edilərək təkrar edildi. Şagirdlər geyim şəkilləri üzərində rollu oyun təqdim etdilər. Mövzunun keçirilməsində məqsəd şagirdlərin "My Clothes" mövzusunda dinləmə və danışma bacarıqlarını inkişaf etdirmək idi.