1"C" sinfində “Clothes” adlı açıq dərs keçirildi

18. 04. 2017- ci il tarixində məktətin ingilis dili müəllimi İbrahimova Aybənizin 1"C" sinfində “Clothes” adlı açıq dərsi keçirildi. Müəllim şagirdləri iki qrupa böldü. Şagirdlər qrup halında gəlinciyə ingilis dilində təqdim olunan paltarları geyindirdilər. Onlar müəllim tərəfindən verilmiş paltar şəkillərini rənglədilər. Daha sonra qısa dialoqlar quraraq yeni sözləri cümlələrdə işlətdilər. Geyimlər və rənglər haqda mahnı oxuyan və şeirlər ifa edən şagirdlər dərsdə çox fəal iştirak etdilər. Müəllim fəal dərsin bütün mərhələlərindən tam istifadə etməyə nail oldu. Mövzunun keçirilməsində məqsəd şagirdlərə ingilis dilinin qrammatikasını öyrətmək, düzgün oxu bacarığı və danışıq dilini inkişaf etdirməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi