"Oxu layihəsi" davam edir

Şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir. Bunu nəzərə alaraq, artıq ikinci həftədir ki, məktəbimizdə "Oxu layihəsi" nə start verilmişdir. Aprelin 17-də məktəbin kitabxanaçısı Elmira Rzayevanın rəhbərliyi altında 1 "B" sinif şagirdləri "Azərbaycan nağılları" silsiləsindən "Turp" nağılını mütaliə etdilər. Ənənəyə sadiq olaraq mütaliə bu dəfə də təbiətin qoynunda keçirildi. Şagirdlər əvvəlcə nağılı ifadəli oxudular. Sonra səhnəcik göstərmək bacarığı olan balaca şagirdlərin iştirakı ilə nağıl səhnələşdirildi. Layihə şagirdlərin sevincinə səbəb oldu. Sinif otağına qayıdan şagirdlər burada nağıla tamaşa etdilər. Layihənin keçirilməsində məqsəd şagirdlərin mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi