Molla Pənah Vaqifin həyat və yaradıcılığına müraciət

17. 04. 2017-ci il tarixində şagirdlərin mütaliəyə olan marağını gücləndirmək məqsədi ilə məktəbin zəngin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Kübra Abdullayevanın rəhbərliyi ilə 10 "B" sinif şagirdlərinə dərs keçirildi. Bu dəfə şagirdlər Molla Pənah Vaqifin həyat və yaradıcılığı ilə tanış oldular. Onlar sənətkarın həyatı, lirik şeirləri barədə bildiklərini bir-birinə çatdırdılar. Sonra şairin şeirləri oxunub müzakirə olundu. İstedadlı şagirdlər tərəfindən şairin şəkli çəkildi. Məqsəd şagirdlərin mütaliəyə marağını artırıb onları daha çox əsər oxumağa həvəsləndirməkdən ibarət idi.