Siniflər arasında "Əl topu" idman növü üzrə yarış keçirildi

Əgər hər günü yüksək əhval-ruhiyyədə, enerjili, gümrah və sağlam şəkildə yaşamaq istəyirsinizsə, idmanla məşğul olmalısınız. İdman əhvalı yüksəldir. Belə ki, idmandan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir, narahatlığı və gərginliyi aradan qalxır. Azərbaycan müxtəlif dövrlərdə idman yarışlarına ev sahibliyi etmişdir. 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri ilə əlaqədar olaraq məktəbimizdə bir çox idman yarışları keçirilmişdir. 12. 04. 2017-ci il tarixində VIII-X siniflər arasında əl topu yarışı keçirildi. Yarışın sonunda X "A" sinfinin komandası qalib gəldi. Siniflər arasında bu cür yarışların keçirilməsində məqsəd şagirdlərin idmana olan həvəsini daha da artırmaq və sağlam nəsil yetişdirməyə nail olmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi