"The United Kingdom" mövzusunda açıq dərs keçirildi

14. 04. 2017-ci il tarixində məktəbin ingilis dili müəllimi İbrahimova Aybənizin 9 "B" sinfində "The United Kingdom" mövzusunda açıq dərsi keçirildi. Müəllim dərsi "Birləşmiş Krallıq" haqda motivasiya ilə başladı. Şagirdlər qruplarda işləyərək verilən tapşırıqları yerinə yetirdilər. İngilis dilinin qrammatikasına müraciət edərək "Coğrafi adların qarşısında müəyyənlik artiklının işlənməsi" mövzu ilə əlaqəli olaraq izah edildi. Eyni zamanda şagirdlər Azərbaycanın və İngiltərənin şəhərlərini, təbiətini, və dövlət quruluşunu müqayisə etdilər. Şagirdlər mövzu ilə bağlı yeni sözləri, ifadələri, sinonimləri və antonimləri ingilis dilində oxumağı da öyrəndilər. Sonda Azərbaycan və İngiltərənin mənzərəli yerləri haqda qısa esse yazdılar. Mövzunun keçirilməsində məqsəd şagirdlərə ingilis dilinin qrammatikasını öyrətmək, düzgün oxu bacarığı və danışıq dilini inkişaf etdirməkdən ibarət idi.