“My favourite writer" mövzusunda açıq dərs kecirildi

13. 04. 2017-ci il tarixində məktəbin ingilis dili müəllimi Zümrüd Əliyevanın rus bölməsinin 5 “C” sinfində “My favourite writer" mövzusunda açıq dərsi kecirildi. Müəllim mövzunu məşhur yazıçıların şəkillərini nümayiş etdirməklə başladı. Sonra şagirdlər qruplarda işləyərək mövzunu əhatə etməklə dialoq qurdular. Xarici və Azərbaycan yazıçılarının əsərlərinin qəhrəmanlarından danışdılar, çəkdikləri şəkilləri nümayiş etdirdilər və oxuduqları kitabların qəhrəmanlarını müqayisə etdilər. Mövzunun məqsədi şagirdlərdə qarşılıqlı dialoq qurma və verilmiş mətni düzgün və səlist oxumaq qabiliyyətini inkişaf etdirməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi