Vətənpərvərlik mövzusunda yazılmış şeirlər mütaliə olundu

Məktəbimizin yeni kitablarla təmin olunmuş zəngin kitabxanası var. Məktəbin şagirdləri kitabxana ilə sıx əlaqə saxlayır, orada işləməyi, mütaliə etməyi çox sevirlər. Belə ki, 11. 04. 2017-ci il tarixində 9 "A" sinif şagirdləri azəraycan dili və ədəbiyyat müəllimi Yeganə Abbasovanın rəhbərliyi ilə kitabxanada görkəmli Azərbaycan şairləri S. Vurğun və B. Vahabzadənin şeirlerini oxuyub müzakirə etdilər. Səsləndirilmiş əsərlər müqayisəli şəkildə təhlil olundu. Daha sonra hər iki şairin uşaqları maraqlandıran əsərləri seçildi və oxundu. Şagirdlər daha çox vətənpərvərlik mövzusunda yazılmış, milli ruhlu əsələrin ifadəli oxusuna üstünlük verdilər və belə şeirlərin bu gün də nə qədər böyük əhəmiyyət kəsb edtiyini vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi