S. S. Axundovun həyat və yaradıcılığı ilə tanışlıq

Şagirdlərin bədii ədəbiyyata, mütaliəyə maraqlarını gücləndirmək bu gün məktəblərin qarşısında duran əsas məsələlərdən biridir. Bu məqsədlə A. Rəhimov adına 247 №-li tam orta məktəbdə "Oxu layihəsi" həyata keçirilir. 12. 04. 2017-ci il tarixdə vı "A" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Səfərəliyevanın rəhbərliyi altında S. S. Axundovun həyat və yaradıcılığı ilə tanış oldular. Ədəbiyyat tariximizdə həm nasir, həm də dramaturq kimi tanınan S. S. Axındov eyni zamanda əsl pedoqoq, uşaqların qəlbinə yol açmağı bacaran ustad müəllim idi. Azərbaycan uşaq ədəbiyyatını formalaşmasında, inkişafında böyük xidmətləri olan ədibin "Qorxulu nağıllar" başlığı altında yazdığı əsərləri Azərbaycan uşaq ədəbiyyatının ən parlaq nümunələridir. Şagirdlər həmin silsilədın "Abbas və Zeynəb" hekayəsini mütaliə etdilər, sənətkarın həyat və yaradıcıliğından bəhs edən slaydlara baxdılar və əsər müzakirə edilərək təhlil olundu. Hekayənin oxusu şagirdlər tərəfindən maraqla qarşılandı və onlar S. S. Axundovun digər əsərlərini də oxumağa həvəsləndilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi