Hər zaman fövqəladə hallara hazır olmalıyıq

11. 04. 2017-ci il tarixində məktəbin idman zalında fövqəladə hallara və mülki müdafiəyə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə II, V və VI sinifləin şagirdləri, sinif rəhbərləri, məktəbin tibb bacısı və GÇHH müəllimi Mehdiyev Zülfüqar iştirak edirdilər. Tədbir iki hissədən-nəzəri və praktiki hissədən ibarət oldu. Nəzəri hissədə şagirdlərin fövqəladə hallar haqda bilik səviyyəsi yoxlanıldı, ikinci hissədə isə şagirdlər hazırladıqları şərti xilasetmə səhnələrini nümayiş etdirdilər. Sonra zalda süni zəlzələ yaradıldı, şagirdlər müxtəlif mövqelərdə yerlərini aldılar və təbii fəlakət zamanı hansı vəziyyətin doğru olduğunu izləyənlərə nümunə olaraq göstərdilər. Şərti yaralılar üzərində ilkin tibbi yardımı necə göstərmək lazım olduğunu məharətlə nümayiş etdirdilər. Tədbirin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasından ibarətdir.