"The weather in England" movzusunda açıq dərs

11. 04. 2017-ci il tarixində məktəbin ingilis dili müəllimi Zümrüd Əliyevanın 6 "C" sinfində "The weather in England" movzusunda açıq dərsi keçirildi. Müəllim mövzunu müxtəlif ölkələrin iqlim şəraiti haqqında məlumat verməklə başladı. Şagirdlər 3 qrupda işləyərək verilən tapşırıqları yerinə yetirdilər. İngilis dilinin qrammatikasına müraciət edərək "Sifətlər və onların müqayisə dərəcələri" mövzu ilə əlaqəli olaraq izah edildi. Eyni zamanda şagirdlər Azərbaycanın iqlimi ilə İngiltərənin iqlimini müqayisə etdilər. Şagirdlər mövzu ilə bağlı yeni sözlər və hava proqnozu işarələrini ingilis dilində oxumağı da öyrəndilər. Sonda Azərbaycan və İngiltərənin iqlim şəraiti haqqında qısa esse yazdılar. Mövzunun keçirilməsində məqsəd şagirdlərdə düzgün oxu bacarığı və danışıq dilini inkişaf etdirməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi