“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin paytaxtın Nəsimi rayonunda keçirdiyi “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilmişdir. Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva və aparıcı məsləhətçisi Fərid Ədilov uşaq hüquqları ilə bağlı Nəsimi məktəblilərini məlumatlandırmışlar. Sonra uşaq məsələlərini əhatə edən videoçarxlar nümayiş etdirilmişdir. Məktəblilər mövzu ətrafında qruplar üzrə fəal müzakirəyə cəlb olunmuş, onların sualları cavablandırılmışdır. Fəal iştiraklarına görə məktəbimizin 9 "A" sinif şagirdləri Qədirli Məxmər və Quliyev Şahin sertifikatlarla təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi