"Xocalıya Ədalət" kompaniyası çərçivəsində mühazirə

06. 04. 2017-ci il tarixində məktəbin akt zalında Xocalı faciəsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Heydər Əliyev Fondunun əməkdaşı Kərim Kərimli IX-XI siniflərin iştirakı ilə keçirilən tədbirdə mühazirə söylədi. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidi. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Mühazirə başlamazdan əvvəl faciə zamanı həlak olmuş şəhidlərin və qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda (Xankəndində) yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi, 487 nəfər şikəst edildi, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Kərim Kərimli şagirdlərə indiyə qədər Xocalı soyqırımını tanıyan ölkələr və təşkilatlar haqqında məlumat verdi. O qeyd etdi ki, hər il 30-dan artıq xarici ölkədə Xocalı soyqırımı qeyd edilir. Sonda sağ qalan Xocalı vətəndaşlarının Xocalı soyqırımı haqda söylədiklərini əks etdirən videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi